İki ay əvvəl qəzaya düşən motosiklet sürücüsü öldü

iki-ay-evvel-qezaya-dusen-motosiklet-surucusu-oldu
Oxunma sayı: 743

Neftçala rayonunda təxminən 2 ay öncə baş verən yol qəzasında yaralanan şəxs vəfat edib.

“Qafqazinfo” Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, mayın 5-də Neftçala rayonu ərazisində rayon sakinləri Elsevər Səlimovun idarə etdiyi "Tofaş" markalı avtomobil və Müşfiq Dadanovun idarə etdiyi "İJ Planet" markalı motosiklet toqquşub. Xəsarət alan motosikletin sürücüsü iyunun 22-də evində ölüb.

Araşdırma aparılır.