İki ay əvvəl tapdığı “Kalaşnikov”u satmaq istəyirdi, saxlanıldı - Video

iki-ay-evvel-tapdigi-kalasnikovu-satmaq-isteyirdi-saxlanildi
Oxunma sayı: 2277

Hökməli qəsəbəsində silah satmaq istəyən şəxsə qarşı əməliyyat keçirilib.

DİN-in Mətbuat Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, polis əməkdaşlarının Hökməli qəsəbəsində həyata keçirdikləri tədbir nəticəsində yaşadığı evdə qanunsuz olaraq odlu silah-sursat gizlədən, əvvəllər məhkum olunmuş Mais İsmayılov saxlanılıb. Onun evinə baxış zamanı 1 ədəd “Kalaşnikov” markalı avtomat, 30 ədəd patron və daraq aşkar edilərək götürülüb.

Mais İsmayılov odlu silah-sursatı 2 ay əvvəl tapdığını, polisə təhvil verməyərək satmaq məqsədi ilə evində gizlətdiyini bildirib.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.