İki ayda 34 qeydiyyatdan keçməyən radioelektron vasitə aşkarlanıb

iki-ayda-34-qeydiyyatdan-kecmeyen-radioelektron-vasite-askarlanib
Oxunma sayı: 632

Nazirliyin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, müəssisə və təşkilatlarda keçirilən texniki baxış zamanı 34 ədəd qeydiyyatdan keçməyən müxtəlif növ REV aşkarlanıb. Onlardan 12-si möhürlənib, 22 ədədinin qeydiyyata salınması üçün müvafiq tədbirlər görülür.
Dövlət qeydiyyatından keçməyən qeyri-qanuni REV istifadəçilərinə qarşı İnzibati Xətalar Məcəlləsinin pozulması barədə 10 protokol yazılıb, müvafiq hüquqi tədbirlərin görülməsi üçün aidiyyəti rayon məhkəmələrinə müraciətlər edilib.
Nigar Məmmədli