İki aylıq ayrılıq bitdi

iki-ayliq-ayriliq-bitdi
Oxunma sayı: 1883

Türkiyənin məşhur komediya aktyoru Cem Yılmaz və aparıcı sevgilisi Defne Samyeli barışıb. “Qafqazinfo” xəbər verir ki, iki aya yaxındır küsülü olan cütlük sevgi münasibətinə yenidən şans verib. 

İddiaya görə, barışıq jesti C. Yılmazdan gəlib. O, Defneyə mesaj yazaraq görüşmək istədiyini bildirib.

Gecə yemək yeyən iki tanınmış şəxs yaranan evlilik problemini də aradan qaldırıblar. Belə ki, ayrılıq səbəbi kimi Defnenin evlənmək istədiyi, lakin Cemin buna qarşı çıxdığı göstərilirdi.