İki azərbaycanlı deportasiya edildi - Antaliyadan

iki-azerbaycanli-deportasiya-edildi
Oxunma sayı: 834

Türkiyədə iki azərbaycanlı deportasiya edilib.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, Antaliya şəhərində polis işləmək icazəsi olmayan şəxslərə qarşı əməliyyat keçirib. Bu zaman 4 nəfər saxlanılıb. Sənədlərə baxış zaman saxlanılanlardan ikisinin -27 yaşlı Elvira Usubova və 19 yaşlı Namiq Məmmədovun azərbaycanlı olduğu məlum olub. 
Digər iki qadının isə Qırğızıstan vətəndaşı olduğu bildirilir. 

Hər 4 nəfər barəsində polis bölməsində müvafiq sənədləşmə aparılıb və deportasiya ediliblər.

Aysel Kərimova