Ağsuda iki azyaşlı kanalda boğulub.
“Qafqazinfo”nun DİN-in saytına istinadən verdiyi məlumata görə, iyulun 21-də Ağsu rayonunun Gəgəli kəndi ərazisində rayon sakinləri, azyaşlılar Bulud Talıblı və Unur Talıbov ehtiyatsızlıqdan Yuxarı Şirvan kanalına düşərək suda boğulublar. Meyitlər sudan çıxarılıb.
Faktla bağlı araşdırma aparılır
Son xəbərlər
Son Xəbərlər