İki azyaşlı nəvəsini öldürüb intihar etdi - Bakıda dəhşət+Yenilənib

iki-azyasli-nevesini-oldurub-intihar-etdi
Oxunma sayı: 7563

Bakıda dəhşətli qətl törədilib.

"Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, Nizami rayonu, Rüstəmov 74 ünvanında qadın iki azyaşlı nəvəsini öldürəndən sonra özünü asaraq intihar edib.

Qadının nəvələrini bıçaqla qətlə yetirdiyi bildirilir.

***

Bakıda nənəsi tərəfindən öldürülən azyaşlıların adları məlum olub.

"Qafqazinfo" xəbər verir ki, bunlar 6 yaşlı Alsu Pikulo və 2 yaşlı Marat Pikulodur. Azyaşlıların nənəsi, 1963-cü il təvəllüdlü Nina Allahverdiyeva əvvəlcə uşaqları kəndirlə boğaraq öldürüb, daha sonra özünü asıb.