“Sundance” film festivalının qurucusu, rejissor Sterling Van Wagenen həbs olunub. “Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, o, 2013 və 2015-ci illərdə iki uşağı zorlamaqda ittiham olunub.
Robert Griffinin hakimliyi ilə baş tutan məhkəmə prosesində rejissora hökm oxunub. O, 6 il ərzində azadlıqdan məhrum olunacaq.
Sterling “Bu vəziyyətdə deyəcəyim sözlərin önəmi yoxdur. Bundan əlavə, heç kimdən üzr istəməyəcəm. Elədiyim günahlardan xəbərim var. Bunu dərindən hiss edirəm”, - deyə bildirib.


Son xəbərlər
Son Xəbərlər