İki bacı dəm qazından zəhərlənib - - Zaqatalada

iki-baci-dem-qazindan-zeherlenib-
Oxunma sayı: 1068


“Qafqazinfo” xəbər verir ki, Zaqatala Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, rayonun Yuxarı Tala kənd sakinləri, iki bacı-2001-ci il təvəllüdlü Şəfəq Telman qızı Ömərova və 2006-cı il təvəllüdlü Xanım Telman qızı Ömərova zəhərlənmə əlamətləri ilə xəstəxanaya daxil olublar.

Onların vanna otağında dəm qazından zəhərləndikləri məlum olub.

Şəfəq və Xanım Ömərovalar xəstəxananın reanimasiya şöbəsinə yerləşdiriliblər, vəziyyətləri orta-stabil qiymətləndirilir.