İki bacıdan sonra ər-arvad da dəm qazından zəhərlənib

iki-bacidan-sonra-er-arvad-da-dem-qazindan-zeherlenib
Oxunma sayı: 1106

Gəncədə dəm qazından zəhərlənmə hadisəsi baş verib. 

“Qafqazinfo”nun xəbərinə görə, şəhərin Məhsəti qəsəbəsində yaşayan 41 yaşlı Elbrus Babayev və həyat yoldaşı 38 yaşlı Sahibə Bağırova dəm qazından zəhərlənərək xəstəxanaya yerləşdiriliblər. Onların evdə qaz sobasından ətrafa yayılan dəm qazı nəticəsində zəhərləndikləri bildirilir.

Xatırladaq ki, ötən gecə Gəncədə iki bacı - 24 yaşlı Dünya Şahverdiyeva və 21 yaşlı Səma Şahverdiyeva da dəm qazından zəhərlənərək xəstəxanaya yerləşdiriliblər.   

Elmar Əli