İki baş prokuror Trampı məhkəməyə verir

iki-bas-prokuror-trampi-mehkemeye-verir
Oxunma sayı: 717

Merilend ştatı və Kolumbiya dairəsinin baş prokurorları ABŞ prezidenti Donald Trampı məhkəməyə verməyə hazırlaşır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Washington Post yazır. Məlumata görə, onlar iddia edirlər ki, amerikalı lideri prezident postuna gəldikdən sonra konstitusiyanın antikorrupsiya maddəsini pozub və xarici hökumətlərdən milyonlar alıb.

Tramp, həmçinin postuna gəldikdən sonra şəxsi biznesini idarə etməyə davam etməkdə ittiham olunur. 

Baş prokurorlar bəyan edirlər ki, Tramp şirkətlərinin maliyyə vəziyyəti ilə bağlı müntəzəm hesabatlar alır.