İki boksçumuz finala yüksəlib

iki-bokscumuz-finala-yukselib
Oxunma sayı: 2761

Xorvatiyanın Poreç şəhərində 22 yaşadək boksçular arasında keçirilən Avropa çempionatında Azərbaycan millisinin iki üzvü finala yüksəlib.

“Qafqazinfo” xəbər verir ki, Nicat Hüseynov (51 kq) və Ruslan Qədirov (54 kq) həlledici görüşdə iştirak hüququna yiyələnib.

Hüseynov yarımfinalda türkiyəli Mehmethan Çinarla üz-üzə gəlib. Qarşılaşma azərbaycanlı boksçunun qələbəsi ilə başa çatıb - 3:2. Qədirov da yarımfinalda eyni hesabla - 3:2 ukraynalı Elmir Nəbiyevə qalib gəlib. 

Hər iki qalib boksçu həlledici döyüşə martın 23-də çıxacaq.