İki dəfə səs verən qadın həbs oluna bilər

iki-defe-ses-veren-qadin-hebs-oluna-biler
Oxunma sayı: 1182

ABŞ-ın Texas ştatında Meksikadan olan imiqrantın seçkilərdə hüququ çatmadığı təqdirdə iki dəfə səs verməsi üzə çıxıb. "Qafqazinfo" AzadliqRadiosuna istinadən xəbər verir ki, buna görə o, 8 ilini həbsxanada keçirə bilər.

Roza Mariya Orteqa ABŞ-da “Green card”la yaşayıb. O, 2012-ci ildə prezident və dekabr seçkilərində səs verib.

Bu həftə ABŞ-da polis reydi zamanı ölkədə qeyri-qanuni yaşayan yüzlərlə imiqrant saxlanıb.

Ölkənin milli təhlükəsizlik nazirliyi bunu mütəmadi keçirilən əməliyyat adlandırıb.

Yanvarın 26-da ABŞ prezidenti Donald Trump qeyri-leqal imiqrasiya ilə mübarizə üçün sərəncam imzalayıb. ABŞ və Meksika sərhədlərində divar hörülməsi məsələsi ortaya çıxıb.