İki deputatı bu vəzifədə onlar əvəzlədi

iki-deputati-bu-vezifede-onlar-evezledi
Oxunma sayı: 2751

Bu gün Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin növbəti iclası keçirilib.

“Qafqazinfo” xəbər verir ki, iclasda rayon təşkilatlarına yeni sədrlər seçilib. YAP-ın yeni nizamnaməsinə əsasən, deputat vəzifəsi daşıyanlar təşkilat sədrləri seçilə bilməz.

Bu səbəbdən də Ağdaş rayon təşkilatında deputat Cavid Osmanovu Ələmşah Rəcəbov, YAP Gəncə şəhər təşkilatında isə Naqif Həmzəyevi Ramil Orucov əvəzləyib.

Günel Türksoy