İki əmioğlu arasında mübahisə ölümlə bitdi

iki-emioglu-arasinda-mubahise-olumle-bitdi
Oxunma sayı: 2853

Sumqayıtda əmioğlular arasında düşən mübahisə ölümlə nəticələnib.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin 3-cü mikrorayon ərazisində qeydə alınıb. Belə ki, iki əmioğlu arasında düşən mübahisə qanla nəticələnib.

1986-cı il təvəllüdlü Şəbiyev Fariz Fəyyaz oğlu əmisioğlu tərəfindən bıçaqlanıb.

36 yaşlı F. Şəbiyev aldığı xəsarətlərdən ölüb.

Hadisəni törədən şəxs hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Meyit aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.