İki əmiqızı dəm qazından zəhərləndi - Samuxda

iki-emiqizi-dem-qazindan-zeherlendi
Oxunma sayı: 1019

Samuxda dəm qazından zəhərlənmə hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasından ans press-ə verilən məlumata görə, hadisə bu gün saat 15 radələrində Nəbiağalı qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakinləri 1984-cü il təvəllüdlü Sofiya Vahid qızı Vəliyeva və 1980-cı il təvəllüdlü Aygün Rafiq qızı Vəliyeva dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılıb. Xəstəxanada tibbi yardım göstərilən qadınlar tibbi müəsisəsinin reanimasiya şöbəsinə yerləşdirilib.

Hazırda onların vəziyyəti ağırdır.

Zəhərlənən qadınlar əmiqızıdırlar.