İki ev tamamilə yandı

iki-ev-tamamile-yandi
Oxunma sayı: 1316

Bərdə rayonunun Gərənə kəndində ümumi sahəsi 48 m² olan birmərtəbəli, 4 otaqlı evin yanar konstruksiyaları yanıb. 

“Qafqazinfo” FHN-ə istinadən xəbər verir ki, bundan başqa, Zaqatala rayonunda da yanğın baş verib. 

Çobankol kəndində ümumi sahəsi 156 m² olan kürsülü birmərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları yanıb.

Hər iki evin yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.