Martın 16-da gecə saatlarında Xaçmaz rayonunda dəhşətli yol qəzası baş verib.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə Quba-Xaçmaz magistral avtomobil yolunun 15–ci km-də Xaçmaz rayonu ərazisində qeydə alınıb. Rayonun Bayoba kəndində Quba rayon sakini Zaur Mərdanov idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarındakı ağaca vurub.
Nəticədə onun sərnişinlərindən həmyerliləri 1985-ci il təvəllüdlü Rövşən Babayev və 1987-ci il təvəllüdlü Yusif Yusifov hadisə yerində ölüb. Sürücü Z.Mərdanov və 1 sərnişini xəstəxanaya yerləşdirilib.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər