Türkiyədə iki general istefa verib.
“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, Quru Qüvvələri Komandanlığı Qərargahının rəisi, ordu generalı Ehsan Uyar, Təlim və Doktrina Komandanlığı komandanı, general Kamil Başoğlu Türk Silahlı Qüvvələrindən istefa verib.
Qeyd edilir ki, Ali Hərbi Şuranın keçirəcəyi iclasda iştirak edənlər siyahısında hər iki generalın adı olub.
Son xəbərlər
Son Xəbərlər