İki güləşçimiz dünya çempionu oldu

iki-gulescimiz-dunya-cempionu-oldu
Oxunma sayı: 1909

Azərbaycanın iki yunan-Roma güləşçisi Türkiyənin İstanbul şəhərində keçirilən U-17 dünya çempionatında qızıl medal qazanıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb.

DÇ-də 5 medal qazanan millimiz 108 xal toplayaraq komanda hesabında dünya 2-cisi olub. İran (113) birinci, Gürcüstan (96) isə üçüncü yeri tutub.

Dünya çempionatında 2 qızıl, 1 gümüş və 2 bürünc medal qazanan yığmamız medalların əyarına görə son 4 ilin ən yaxşı nəticəsinə imza atıb.

Qeyd edək ki, DÇ-də Turan Daşdəmirov (45 kq) və Roman Kərimov (60 kq) qızıl, Yusif Əhmədli (65 kq) gümüş, Elnar Ziyadovla (48 kq) Mikayıl İsmayılov (92 kq) isə bürünc medal qazanıb.