İki güləşçimiz finala yüksəldi

iki-gulescimiz-finala-yukseldi
Oxunma sayı: 1884

Rumıniyada keçirilən güləş üzrə Avropa Çempionatı davam edir.

“Qafqazinfo” xəbər verir ki, 55 kq-da çıxış edən yunan-roma güləşçisi Rəşad Məmmədov gürcüstanlı dünya çempionu Nuqzari Tsurtsumiaya 5:1 hesabıyla qalib gələrək Avropa Çempionatının finalına yüksəlib.

Bundan başqa, Murad Məmmədov da eyni uğura imza atıb. O, rusiyalı Ənvər Allahyarova (AİN) xalqların keyfiyyətinə görə (3:3) qalib gələrək 6 illik fasilədən sonra yenidən Avropa Çempionatının finalına yüksəlib.