İki gün əvvəl arvadı ölən kişi intihara cəhd etdi

iki-gun-evvel-arvadi-olen-kisi-intihara-cehd-etdi
Oxunma sayı: 3603

İsmayıllıda iki gün əvvəl həyat yoldaşı ölən kişi intihara cəd edib.

“Qafqazinfo”nun əldə etdiyi xəbərə görə, 44 yaşlı P. Əliyev özünə bıçaqla müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

O, xəstəxanaya çatdırılıb.

Bildirilib ki, P.Əliyevin arvadı iki gün əvvəl şəkər xəstəliyindən vəfat edib. O, ailəsindəki itkiyə düzməyərək intihar etmək istəyib. Uzun illərdir evli olan cütlüyün övladı olmayıb.

Sail Ağasəlim