İki gün öncə qəzaya düşən şəxs vəfat etdi

iki-gun-once-qezaya-dusen-sexs-vefat-etdi
Oxunma sayı: 1524

Şəkidə iki gün öncə qəzaya düşən şəxs dünən vəfat edib.

DİN-in Mətbuat Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, hadisə mayın 15-i saat 23 radələrində Şəki rayonu Qoxmuq kəndi ərazisində baş verib.

Zəngilan rayon sakini İ.Kərimovun idarə etdiyi “Volkswagen” və Şəki şəhər sakini E.Məmmədovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillər toqquşub.

Nəticədə “VAZ-2107” –də sərnişin qismində əyləşən F.Verdiyev müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilsə də, mayın 16-da orada ölüb.

Faktla bağlı Şəki ŞRPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.