İki gündür Kürdəxanıda su niyə yoxdur? - Rəsmi açıqlama

iki-gundur-kurdexanida-su-niye-yoxdur
Oxunma sayı: 1626

İki gündür Bakının Kürdəxanı kəndində suyun verilişi dayandırılıb. 

Bu şikayətlə “Qafqazinfo”ya həmin ərazidə yaşayan sakinlər müraciət edib.

Vətəndaşlar susuzluqdan əziyyət çəkdiklərini, qurumun  “qaynar xətti”nə edilən müraciətlərin isə cavabsız qaldığını bildiriblər.

Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə sorğu ünvanladıq.

Qurumdan saytımıza cavab olaraq bildirilib ki, ərazidəki su xəttində qəza baş verib: “Bu səbəbdən də suyun verilməsində fasilə yaranıb. Hazırda içməli su şəbəkəsində təmir-bərpa işləri yekunlaşdırılıb. Gün ərzində suyun verilməsi bərpa olunacaq”.