Milli Məclisin növbəti iclasında “Məhkəmələr və hakimlər haqqında” qanuna dəyişiklik ediləcək.
"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, iclasda 46 hakimin məsələsinə baxılacaq. Onlardan 44-ü müxtəlif instansiyalı məhkəmələrə köçürüləcək. İki hakimin isə başqa işə keçmələri ilə əlaqədar fəaliyyətinə xitam veriləcək.
Bunlar Bakı Apellyasiya Məhkəməsinin hakimləri Saqi Məmmədov və Mehdi Əsədovdur.
Günel Türksoy
Son xəbərlər
Son Xəbərlər