Bakıda gənclər arasında mübahisə sonda qətllə nəticələnib.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, iyunun 24-də Nizami rayonunda 1987-ci il təvəllüdlü Samir Həsənov naməlum şəxslər tərəfindən bıçaqlanaraq öldürülüb.
İstintaq zamanı onu münaqişə zəminində öldürməkdə şübhəli bilinən Biləsuvar rayon sakini, 1985-ci il təvəllüdlü İlqar Əliyev və Lənkəran şəhər sakini, 1988-ci il təvəllüdlü Ülvi Hüseynov saxlanılıb.
İstintaq davam etdirilir.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər