İki il əvvəl boşanan məşhur cütlük yenidən evləndi - Fotolar

İki il əvvəl boşanan məşhur cütlük yenidən evləndi
Oxunma sayı: 2791

Doqquz aylıq evlilikdən sonra boşanan müğənni Sinan Akçıl və aktrisa Burcu Kıratlı ikinci dəfə ailə həyatı qurub.

“Qafqazinfo” xəbər verir ki, məşhur cütlük dünən daxili işlər nazirinin müavini Mehmet Ersoy, Sibel Can, Xədicə Şendil, Mustafa Tatlıcı, Alpaslan Arslanca və Tuğçe Koçakın şahidliyi ilə nikah bağlayıb.

48 nəfər qonağın iştirak etdiyi toy mərasimində Selin İmer-Mustafa Ceceli, Özlem Ada-Berkay Şahin, Burak Sağyaşar, Hakan Akkaya, Can Tanrıyar və Barış Murat Yağcı kimi məşhur simalar iştirak edib.