“İki il öncə ürəyim ağrımışdı” - Deşam

iki-il-once-ureyim-agrimisdi
Oxunma sayı: 1766

Fransa milli komandasının baş məşqçisi Didye Deşam dünya çempionatının finalında Xorvatiyaya qalib gəldikləri oyundan sonra matçı şərh edib.

“Qafqazinfo” xəbər verir ki, o, iki il öncə Avropa çempionatının finalını da xatırlayıb:

“Bəlkə yaxşı oyun göstərmədik. Amma keyfiyyətimizi ortaya qoyduq. Bu, bizə asan gəlmədi. Çox geridən başladıq. Birlikdə uğurlara doğru addımlamaq istədik. İki il öncə Avropa çempionatında ürəyim ağrımışdı, özümü çox pis hiss edirdim. Amma bu gün hər şey mükəmməldir. Adımın tarixə yazılmasına gəlincə, bu, o qədər də önəm kəsb etmir”.