İki ildir təxirə salınan gecə baş tutdu - Fotolar

iki-ildir-texire-salinan-gece-bas-tutdu
Oxunma sayı: 4180

Sentyabrın 26-da Nyu-Yorkda “Tony” teatr mükafatının 74-cü təqdimetmə mərasimi baş tutub.

“Qafqazinfo” xəbər verir ki, iki ildir pandemiya səbəbindən dəfələrlə təxirə salınan tədbirdə həm 2019, həm də 2020-ci ilin şou yaradıcıları və aktyorları mükafatlandırılıb. Mərasim bu dəfə “Winter Garden” teatrında keçirilib.

Əsas mükafatı “Mulen Ruj” müzikli (“Moulin Rouge! The Musical”) qazanıb.

Bundan başqa, “Ən yaxşı remeyk” mükafatına “Soldat pyesi” (“A Soldier's Play”) tamaşası layiq görülüb. Səhnə əsərində ABŞ ordusunun sıralarında irqi problemlərdən danışılır. Laureatlar təqdimat zamanı ötən ilin mayında polis tərəfindən saxlanmasından sonra həlak olmuş afroamerikalı Corc Floydu xatırlayıb. 

Ən yaxşı tamaşa “Miras” (“The Inheritance”) seçilib. 

Mükafat alanların tam siyahısı ilə buradan tanış ola bilərsiniz. 

Mərasimə qatılan tanınmış simaların qırmızı xalı gedişini təqdim edirik: