“İki ildir vəziyyətimiz yaxşılaşır” - Video

iki-ildir-veziyyetimiz-yaxsilasir
Oxunma sayı: 3173

İsmayıllının İstisu kəndində yaşayan Mahmudovlar ailəsi onlar barədə sosial şəbəkədə yayılan videoya münasibət bildirib.

"Qafqazinfo"nun məlumatına görə, ailənin yaydığı açıqlamada bildirilir ki, aclıqdan əziyyət çəkməsi ilə bağlı yayılan video həqiqəti əks etdirmir.

Ailənin anası X.M. bildirir ki, 2 il əvvəl özünü jusnalist kimi təqdim edən şəxs küçədə ona yaxınlaşaraq tanış olub və sonra ailəyə “kömək etmək” istədiyini bildirərək evində çəkiliş aparıb. Çəkiliş zamanı qeyd olunur ki, guya ailə ac vəziyyətdə yaşayır və heç bir yerdən kömək almır. Həmin çəkiliş 2 il sonra, yəni bu günlərdə “İsmayıllıda koronavirusun ac qoyduğu ailə” başlığı ilə təkrar yayılıb.

Qadınının sözlərinə görə, ailə 2015-ci ildən indiyədək dövlətdən yardımlar alır. O, xüsusi ilə son iki ildə sosial durumlarının yaxşılaşdığını deyib.