İki ilə 390 direktor işdən çıxarılıb...

iki-ile-390-direktor-isden-cixarilib
Oxunma sayı: 1266

Yeni dərs ilində keyfiyyətə təsir edən beş əsas amilə xüsusi diqqət ayrılacaq. “Qafqazinfo” xəbər verir ki, bu amillər təmayülləşmə, yeni direktorlar və məktəb idarəetməsi, müəllim hazırlığı və məktəbəqədər hazırlıqdır.

Təmayülləşmə

- Bu il ölkəmizdə Bakı ilə yanaşı Sumqayıt, Gəncə, Mingəçevir və Şirvan da daxil olmaqla 55 məktəbdə şagirdlərin meyl və maraqları nəzərə alınmaqla təmayülləşmə sinifləri təşkil olunacaq. Təmayülləşmə tətbiq edilən məktəblərin sayının ölkə miqyasında artırılması prioritet istiqamətdir.

Yeni direktorlar və məktəb idarəetməsi

- Təhsil müəssisələrində şəffaf idarəetmənin yaradılması, korrupsiya meyllərinin aradan qaldırılması təhsil idarəedənlərin qarşısında duran əsas prioritetlərdəndir.
- Son 2 ildir ki, yeni direktorların işə qəbulu prosesi davam edir. Bakı şəhərində 40 nəfər, regionlarda 350 nəfər yeni direktor vəzifələrinə təyinat alıb.

- Bütün məktəblərə uyğun gələn vahid bir həll yolu yoxdur, hər bir məktəbin ehtiyaclarına uyğun dəstək göstərilməlidir.

- Önəmli olan məktəbdə şagird nailiyyətlərinin artırılması istəyidir, bu istək varsa dəyişiklik də olacaq. Şagird nailiyyətlərinin dinamikası ən vacib olan göstəricidir.
- Şagirdlərin nailiyyətlərində sıçrayış görmək istəyiriksə, məktəb direktorları əmin olmalıdırlar ki, sinif otaqlarında keyfiyyətli tədris aparılır, şagirdlər öyrənir, müəllimlər bunun üçün yüksək motivasiya ilə səy göstərirlər.

Müəllim hazırlığı

- Ölkənin təhsilinin keyfiyyəti onun təhsilverənlərinin keyfiyyətindən yuxarı ola bilməz.
- Müəllim hazırlığı ilə məşğul olan ali təhsil müəssisələrində keyfiyyət qaldırılmalı, yeni yanaşmalar tətbiq olunmalıdır.
- Hər il işə götürülən gənc müəllimlər yüksək tələbkarlıq və şəffaf seçim şəraitində işə götürülür.
- Sınaq qiymətləndirməsində son 5 ildə işə götürülmüş müəllimlər daha yüksək nailiyyət göstəriblər.
- Müəllimlərin ixtisasartırma təlimləri formal xarakter daşımır, yeni qiymətləndirmə modulları əsasında keçirilir, hansı problem sahəsinin olduğu müəyyənləşdirilir və ona uyğun təlimlər təşkil olunur.
- Müəllimlik ixtisasına qəbul olan yüksək bal toplayan tələbələrin həvəsləndirilməsi məqsədilə 2 ildir ki təqaüd proqramı həyata keçirilir.

Məktəbəqədər hazırlıq

- Bakı şəhərində 87 məktəbdə 3000-ə qədər uşağın məktəbəhazırlığa cəlb olunub.
- Milli qiymətləndirmə nəticələri əsasında məktəbəhazırlıq keçmiş uşaqların nailiyyətlərinin digər uşaqlardan daha yüksək olub.
- Məktəbəqədər hazırlığa cəlb olunma faizinin təhsil sisteminin əsas göstəricisi kimi nəzərədən keçirilməsi təhsil göstəricilərinin başlıca şərtidir.

Günel Hacı