İki illik davadan 132 minlə ayrıldı

iki-illik-davadan-132-minle-ayrildi
Oxunma sayı: 3348

Türkiyənin məşhur aktrisası Merve Boluğurla “Aslan Film” şirkəti arasında iki ildir davam edən məhkəmə davası başa çatıb. 

“Qafqazinfo” xəbər verir ki, hakim aktrisanın lehinə qərar çıxarıb. Belə ki, “İçimdeki Fırtına” serialının iki bölümlük qonorarını ala bilməyən Mervenin istəyi həyata keçəcək.

Şirkət Boluğura 132 min 300 lirə (35,890.38 AZN) təzminat ödəyəcək.