İki istiqamətdə Rusiya qoşunlarının yenidən qruplaşdırılması aparılır

iki-istiqametde-rusiya-qosunlarinin-yeniden-qruplasdirilmasi-aparilir
Oxunma sayı: 2489

Kiyev və Çerniqov istiqamətlərində Rusiya qoşunlarının planlı şəkildə yenidən qruplaşdırılması aparılır.

“Qafqazinfo” “RİA Novosti”yə isitnadən xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin sözçüsü general-mayor İqor Konaşenkov bildirib.

"Hazırda Kiyev və Çerniqov istiqamətlərində qoşunların planlaşdırılmış yenidən qruplaşdırılması aparılır", - Konaşenkov qeyd edib. 

O, əlavə edib ki, Kiyev və Çerniqov istiqamətində Rusiya Silahlı Qüvvələrinin bütün əsas tapşırıqları yerinə yetirilib.