“Qafqazinfo” xəbər verir ki, Tərtər Regional Qaz İstismar İdarəsindən AZƏRTAC-a bildiriblər ki, indiyədək Horadiz şəhəri, rayonun 22 kəndindən 20-si, məcburi köçkünlər üçün salınmış Zobucuq qəsəbələri və Qayıdış-1, 2, 3, 6, 7, 8, 9, 10, 11 qəsəbələri təbii qazla təmin olunub. Qayıdış-4, 5 qəsəbələrində küçə xətləri çəkilib, hazırda sayğaclaşma işləri aparılır. Araz Dilağarda və Araz Zərgər kəndlərində isə qaz xətlərinin çəkilişi yekunlaşmaq üzrədir. Yaxın günlərdə bu kəndlərin sakinləri mavi yanacaqdan istifadə edəcəklər.
Bu il rayonun bütün yaşayış məntəqələrinin qazlaşdırılması başa çatacaq.
Son xəbərlər
Son Xəbərlər