Şəmkirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo”nun xəbərinə görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun Könüllü kəndi ərazisindən keçən hissəsində baş verib.
Hərəkətdə olan iki “KİA” markalı avtomobilin toqquşması nəticəsində bir qadın hadisə yerində ölüb, 6 nəfər isə müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
***
Şəmkirdə baş verən ağır yol nəqliyyat qəzasında ölən və xəsarət alanların kimlikləri məlum olub.
Qəza zamanı 1964-cü il təvəllüdlü Şəmsiyyə Hüseynova hadisə yerində ölüb.
Xəsarət alanlar isə 1985-ci il təvəllüdlü Turac Kosayev, 1985-ci il təvəllüdlü Elxan Kosayev, 1989-cu il təvəllüdlü Günay Məmmədzadə, 1986-cı il təvəllüdlü Ülvi Məmmədzadə, 1998-ci il təvəllüdlü Qumru Sultanova və 2017-ci il təvəllüdlü Nərgiz Məmmədzadə xəstəxanaya yerləşdiriliblər.
Elmar Əli
Son xəbərlər
Son Xəbərlər