İki kişinin düz bağırsağından narkotik çıxdı -

iki-kisinin-duz-bagirsagindan-narkotik-cixdi-
Oxunma sayı: 734



Dövlət Gömrük Komitəsindən “Qafqazinfo”ya verilən məlumata görə, hər iki şəxs Astara Gömrük İdarəsində saxlanılıb.

Sərnişin şöbəsində Azərbaycan vətəndaşı Səxavət Əhmədovun üzərində şəxsi yoxlama zamanı onun düz bağırsağından 4 ədəd bükümdə, ümumi xalis çəkisi 41,050 qram tiryək aşkar olunub.

Digər Azərbaycan vətəndaşı Aqşin Şahbazlının üzərində şəxsi yoxlama zamanı isə onun düz bağırsağından 2 ədəd bükümdə, ümumi xalis çəkisi 21,275 qram heroin və xalis çəkisi 4,028 qram metamfetamin aşkar edilib.

Hər iki faktla bağlı təhqiqat aparılır.

Murad Əhməd

“Qafqazinfo”