“İki komandanın şansları eynidir” - “Viktoriya”nın baş məşqçisi

iki-komandanin-sanslari-eynidir-
Oxunma sayı: 1727

Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk matçında "Qarabağ" səfərdə "Viktoriya" Plzenlə 0:0 hesablı heç-heçə edib.

"Qafqazinfo" xəbər verir ki, Plzen təmsilçisinin baş məşqçisi Roman Pivarnik oyunsonrası mətbuat konfransında öz fikirlərini bildirib: "Qələbə qazanmaq istəyirdik, amma alınmadı. Nəticəni qənaətbəxş hesab etmək olar. Qol epizodları yaratmaqda çətinlik çəkdik. Oyunçularıma fasilədə xüsusi tapşırıqlar verdim. Amma qırmızı vərəqə planlarımızı alt-üst etdi. "Qarabağ" müdafiədə səliqəli oynadı. Hər iki komandanın şansları eynidir".