İki maşın toqquşdu, 4 nəfər yaralandı

iki-masin-toqqusdu-4-nefer-yaralandi
Oxunma sayı: 768

Göyçayda 4 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Şəhadət kəndi ərazisində qeydə alınıb.

Belə ki, “VAZ 21 07” və “VAZ 21 04” markalı minik avtomobillərinin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb.

Xəsarət alanlar Bakı şəhər sakini, 1962-ci il təvəllüdlü İbadov İntiqam Yolçu oğlu, Mingəçevir şəhər sakini, 1969-cu il təvəllüdlü İsmayılova Xatirə Nadir qızı, Şəhadət kənd sakini, 1962-ci il təvəllüdlü Rəsulov İkram Çıraq oğlu, Şəkər kənd sakini, 1960-cı il təvəllüdlü Ələkbərov Kamil Məmməd oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Tural Hüseynli