İki maşın toqquşdu, nənə ilə nəvəsi yaralandı

iki-masin-toqqusdu-nene-ile-nevesi-yaralandi
Oxunma sayı: 1117

Ağstafada iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

"Qafqazinfo"nun xəbərinə görə, rayonun Dağ Kəsəmən kəndində hərəkətdə olan iki minik avtomobilin toqquşması nəticəsində Qazax sakini,  65 yaşlı Firuzə Nəsibova və onun 3 yaşlı nəvəsi xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
 
Faktla bağlı araşdırma aparılır. 

Elmar Əli