Sabunçu rayonunun Ramana qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, qəza martın 12-də saat 01 radələrində qeydə alınıb.
Bakı şəhər sakinləri E.Məmmədovun idarə etdiyi “VAZ-2106” və A.Yaqubovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub.
Nəticədə E.Məmmədovun xəstəxanaya yerləşdirilmiş sərnişini, paytaxt sakini Süsənbər Abbasova orada ölüb.
Sabunçu RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
Son xəbərlər
Son Xəbərlər