İki maşın toqquşdu, sərnişin öldü

iki-masin-toqqusdu-sernisin-oldu
Oxunma sayı: 1105

İmişli rayonunun Xubyarlı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. 

“Qafqazinfo” xəbər verir ki, qəza oktyabrın 14-də saat 9 radələrində qeydə alınıb. 

Şəhər sakini R.Məmmədovun idarə etdiyi “VAZ-2106” və Kürdəmir rayon sakini Y.Dünyamalıyevin idarə etdiyi “Hyundai” markalı yük avtomobilləri toqquşub. Nəticədə R.Məmmədovun sərnişini, kənd sakini Hafiz Məmmədov xəsarətlə xəstəxanaya yerləşdirilib və orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.