İki maşın toqquşdu, sərnişin öldü

iki-masin-toqqusdu-sernisin-oldu
Oxunma sayı: 1313

Nəsimi rayonunun H.Ələsgərova küçəsində yol-nəqliyyat hadisəsi baş verib. 

“Qafqazinfo” xəbər verir ki, qəza oktyabrın 16-da saat 5 radələrində qeydə alınıb. 

Bakı şəhər sakini R.Şərifovun idarə etdiyi “Opel” və İmişli rayon sakini N.Bağırovun idarə etdiyi “TOFAŞ” markalı avtomobillər toqquşub. Nəticədə N.Bağırovun sərnişinlərindən Astara rayon sakini Əli Səmədullazadə hadisə yerində ölüb.

Nəsimi RPİ tərəfindən araşdırma aparılır.