İki maşın toqquşdu, sürücü öldü

iki-masin-toqqusdu-surucu-oldu
Oxunma sayı: 1337

Sabirabad rayonunun Yastıqobu kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. 

“Qafqazinfo” qəza avqustun 1-də saat 15 radələrində qeydə alınıb. 

Qalağayın kənd sakini Fərzəli Fərzəliyevin idarə etdiyi “VAZ-21074” və Qaratəpə kənd sakini E.Rəsulovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub.

Xəstəxanaya yerləşdirilmiş F.Fərzəliyev orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.