İki maşın toqquşdu, sürücü öldü

iki-masin-toqqusdu-surucu-oldu
Oxunma sayı: 2048

Kəpəz rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. 

“Qafqazinfo” xəbər verir ki, qəza fevralın 10-da saat 23 radələrində qeydə alınıb. 

Gəncə şəhər sakinləri Vüsal Bəhramov idarə etdiyi “Mercedes” və V.Əliyevin idarə etdiyi “Daimler Chrysler” markalı avtomobillər toqquşub.

Nəticədə hər iki sürücü xəstəxanaya yerləşdirilib, V.Bəhramov orada ölüb.

Kəpəz RPİ tərəfindən araşdırma aparılır.