İki maşın toqquşdu, sürücü öldü

iki-masin-toqqusdu-surucu-oldu
Oxunma sayı: 1889

Xətai rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. 

“Qafqazinfo” xəbər verir ki, qəza mayın 17-də saat 21 radələrində qeydə alınıb. 

Bakı şəhər sakini Taleh Hüseynovun idarə etdiyi “Mercedes” və paytaxt sakini N.Bağırovun idarə etdiyi “Ssang-Young” markalı avtomobillər toqquşub. Nəticədə T.Hüseynov xəstəxanaya aparılarkən yolda ölüb, N.Bağırov müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Xətai RPİ tərəfindən araşdırma aparılır.