Gəncədə xəsarətlə nəticələnən yol nəqliyyat qəzası baş verib.
“Qafqazinfo”nun verdiyi məlumata görə, şəhərin Yeni Gəncə qəsəbəsində iki “Mercedes” markalı minik avtomobilinin toqquşması nəticəsində sərnişin, 1959-cu il təvəllüdlü Məmmədov Fikrət Hidayət oğlu xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırma aparılır.
Elmar Əli
Son xəbərlər
Son Xəbərlər