İki “Mercedes” toqquşdu, yaralılar var

iki-mercedes-toqqusdu-yaralilar-var
Oxunma sayı: 1264

Bərdədə rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun məlumatına görə hadisə rayonun Alaçadırlı kəndində qeydə alınıb. İki “Mercedes” markalı minik avtomobilinin toqquşması nəticəsində üç nəfər ağır yaralanıb.

Hadisə yerinə çağırılan Təcili Tibbi Yardım Briqadasının həkimləri hər üç  yaralıya ilkin yardım göstərdikdən sonra onlar Bərdə rayon Mərkəzi Xəstəxanasının Travmatoloqiya şöbəsinə çatdırılıblar. Yaralananlardan birinin vəziyyəti ağır olduğu üçün Reanimasiya şöbəsinə yerləşdirilib.

Onların şəxsiyyəti hələ ki, məlum deyil. Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.

Tural Hüseynli