İki məşhur arasında qalmaqal - “O qız məni maraqlandırmır”

iki-meshur-arasinda-qalmaqal
Oxunma sayı: 791

Məşhur pop ulduz Ajda Pekkanla gənc müğənni İrem Derici arasında qalmaqal yaranıb. 

“Qafqazinfo” xəbər verir ki, İrem bir müddət əvvəl Pekkanın plastik əməliyyat etdirməsinə söz atıb. İfaçının “Estetik işində Ajdanı keçəcəm” -deyə açıqlama verməsi qarşı tərəfi əsəbiləşdirib. 

Ajda jurnalistlərin mövzu ilə bağlı ona müraciət etməsinə qəzəblənib. 

Pekkan “O qız məni maraqlandırmır. Haqqımda verilən belə açıqlamalara alışmışam. Səbirliyəm və dözürəm” deyərək sərt şəkildə Dericiyə etirazını bildirib.