İki məşhur oteldə belə dalaşdı - Fotolar

iki-meshur-otelde-bele-dalasdi
Oxunma sayı: 791

İngiltərədə yayımlanan “Gordie Shore” şousunun iki ulduzu Zahida Allen ilə Sean Pratt mübahisə edərkən görüntüləniblər. 

“Qafqazinfo” xəbər verir ki, bir müddətdir ki, İbizada tətildə olan cütlük qaldıqları otelin eyvanında dava ediblər. 

Zahida və Sean 20 dəqiqə ərzində bir-birilərini təhqir ediblər. 

İki məşhur onlara baxan şəxslərdən belə çəkinməyiblər. Mübahisənin sonunda Pratt çantaları ilə oteldən ayrıldığı məlum olub. Allen isə eyvanda əyləşərək ağlayıb. 

Həmin hadisəni fotoqraflar lentə alaraq yayımlayıblar.