İki məşhur rəfiqə düşmən oldu

iki-meshur-refiqe-dusmen-oldu
Oxunma sayı: 2056

Müğənni Demet Akalınla aparıcı Ece Erken arasında qalmaqal yaşanıb.  “Qafqazinfo” xəbər verir ki, Ece aparıcısı olduğu “Söylemezsem Olmaz” proqramında keçmiş rəfiqəsinin ünvanına ağır sözlər deyib. 

O, eks-əri Serkan Uçarın oğlu Eymeni himayəsinə almaq üçün məhkəməyə müraciət etdiyini bildirib. E. Erken Demetin Serkanla yaxınlaşmasından narahat olduğunu qeyd edib:

“İki ay əvvəl Serkan Ucar və ailəsinə ağır sözlər deyən Akalın ötən gün onu və qardaşı xanımı Güldeniz Ucarı sosial mediada izləməyə başlayıb, daha sonra yazışıblar. Mən insanların bu qədər pis olduğunu düşünməzdim. Söhbət övladımdan gedir, yoxsa bu mözvuda danışmazdım. Demetin həqiqi sifəti budur. Gülben Ərgənlə dava etdi, ilk işi əri Erhan Çeliki izləmək oldu”. 

Bundan sonra D. Akalın məhkəməyə müraciət edib.  Qərara əsasən, Ece bir ay müddətində D. Akalın barədə şiddət, təhdid, təhqir və aşağılama tipli sözlərdən istifadə edə bilməyəcək.